Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə
iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.
AzerVoice xəbər verir ki, Füzuli Beynəlxalq
Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın
mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər
qarşılayıblar.