14
BAKI,AzerVoice
Qırğızıstan prezidenti Sadır Japarov Xankəndi şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammitinə qatılmaq üçün Azərbaycana rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, sammitə təşkilatın üzvü olan dövlətlərin Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın dövlət başçıları və hökumət başçıları qatılacaq.
Tərəflər təşkilatın gündəliyindəki aktual məsələləri, o cümlədən üzv ölkələr tərəfindən iqlim dəyişikliyinin qarşısını almağa yönəlik görülən tədbirləri müzakirə edəcəklər.
Həmçinin, səfər çərçivəsində Ağdamda inşa edilən "Əylköl Manas" məktəbinin rəsmi açılış mərasimi keçiriləcək.