Əsas səhifə » Qarabağda Prezident İlham Əliyevin səyləri ilə inkişaf səfərbərliyi gedir - Ərdoğan

Qarabağda Prezident İlham Əliyevin səyləri ilə inkişaf səfərbərliyi gedir - Ərdoğan

BAKI, AzerVoice

Prezident İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açqılamada deyilir.

"Laçına səfərimiz zamanı hava limanının açılışını etdik. Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin səyləri ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir" - deyə, o bildirib.

"Qarabağ yolları, tunelləri, yaşayış massivləri, kənd təsərrüfatı sahələri ilə işğalın yaralarını sürətlə sağaldır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk" - deyə, o əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice