Əsas səhifə » Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib

Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib

BAKI,AzerVoice

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

AzerVoice xəbər verir ki, bu barədə Bayraktar X sosial media hesabından paylaşım edib.

"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun"- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice