Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Beynəlxalq təşkilatları Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq - İcma

    9 Fevral 2025 15:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sosial şəbəkələrdə bir bloqerin İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır.

    AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

    Bəyanatda qeyd olunur ki, Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır:

    "Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.

    Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq.

    Biz Ermənistan hökumətindən, Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik".

    #Qərbi Azərbaycan İcması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

    24 Dekabr 2025 21:05

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12

    Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib

    11 Dekabr 2025 09:09

    Qərbi Azərbaycan İcmasının 2026-cı il hədəfləri müzakirə ediləcək

    10 Dekabr 2025 17:32

    Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

    5 Dekabr 2025 09:46

    Qubada Qərbi Azərbaycan İcması ilə Mediasiya Təşkilatı və Vətən Naminə İB arasında əməkdaşlıq memorandumu imzalanıb

    4 Dekabr 2025 19:32

    Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır - Əziz Ələkbərli

    25 İyun 2025 11:05

    İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi qərarını alqışlayırıq - İCMA

    24 May 2025 13:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb

    12 Aprel 2025 14:42

    Qərbi Azərbaycan İcması bəyanat yayıb

    26 Mart 2025 14:32

    BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yayıb

    9 Yanvar 2025 13:38

    İcma Qərbi azərbaycanlıların qayıdışına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

    8 Yanvar 2025 11:47
    Demo
    XƏBƏR LENTİ

    Tarif qraşıdurması fonunda Çinin 2025 xarici siyasəti necə formalaşdı?

    Bu gün Rasputin öldürüldü

    Tarixdə bu gün – 30 Dekabr

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblə

    Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"ə ziyarətinə dair videoçarx paylaşıb

    Tramp Netanyahu ilə görüş ərəfəsində İranla bağlı bəyanat verib

    Somali Prezidenti İsrailin Somalilandı tanımasından sonra Türkiyəyə səfər edəcək

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olublar

    Noam Çomskinin Ceffri Epşteynlə birgə görüntüləri geniş müzakirələrə səbəb olub

    Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.