Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.

    Ümumi Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib. Prezident İlham Əliyevin cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırmasını, eləcə də noyabr ayında AMEA-nın 80 illik yubileyi çərçivəsində ziyalılar qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni mərhələnin başlanğıcı olduğunu ifadə edib. Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib.

    Yığıncaqda İcmanın bir illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərov İcmanın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib, görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, bütün ölkə ərazisində İcmanın keçirdiyi tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət barədə ətraflı məlumat verib. Ə.Ələkbərov bildirib ki, qarşıdakı mərhələdə İcmanın əsas məqsədi Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması, bu hüququn müdafiəsi istiqamətində institusional fəaliyyətin daha da gücləndirilməsidir. Sədr bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün əlaqədar təşkilatlara təşəkkürünü bildirib.

    Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov İcmanın maliyyə hesabatı ilə bağlı çıxış edərək vəsaitlərin şəffaf və məqsədyönlü şəkildə idarə olunduğunu, maliyyə və kargüzarlıq fəaliyyətinin hesabat dövrü ərzində Nizamnamənin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb.

    Müşahidə Şurasının sədri, professor Misir Mərdanov İcmanın fəaliyyətində ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq, qərarların qəbulunda kollegiallıq və şəffaflıq prinsiplərinin qorunmasının vacibliyini qeyd edib.

    Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.

    Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər barəsində danışıb.

    Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Qərbi Azərbaycan məsələsində qadınların fəal iştirakının əhəmiyyətini önə çəkib, humanitar fəaliyyətlər və sosial təşəbbüslər çərçivəsində Qadınlar Şurasının gördüyü işlərdən bəhs edib.

    Gənclər Şurasının sədri Şahin İsmayılov isə gənclərin Qərbi Azərbaycan məsələsində fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, yerli və beynəlxalq platformalarda gənclərin iştirakı ilə həyata keçirilən Qərbi Azərbaycanla bağlı maarifləndirmə tədbirləri haqqında məlumat verib.

    Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş, həmçinin bu il yubiley yaşları tamam olmuş bir qrup İcma üzvünə hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin
    qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib
    #Prezident İlham Əliyev #Qərbi Azərbaycan İcması #AMEA #Ümummilli Lider Heydər Əliyev #Vahid Novruzov #Şahin İsmayılov #Ədalət Vəliyev #Əziz Ələkbərov #Misir Mərdanov #Əhliman Əmiraslanov #Fərrux Rüstəmovə #Məlahət İbrahimqızı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    19 Dekabr 2025 18:31

    "Tramp marşrutu" Azərbaycanda ixracın artımına və iqtisadi inkişafa töhvə verəcək - "Fitch"

    19 Dekabr 2025 17:30

    Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    19 Dekabr 2025 13:50

    Mixail Mişusti Prezident İlham Əliyevi təbrik edib

    19 Dekabr 2025 13:49

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    19 Dekabr 2025 13:48

    Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    19 Dekabr 2025 13:46

    Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək: Komissiya yaradılıb

    19 Dekabr 2025 11:24

    Prezident İlham Əliyev: Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub

    19 Dekabr 2025 10:55

    Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb

    19 Dekabr 2025 10:53

    Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarını təltif edib

    18 Dekabr 2025 13:58

    QHT nümayəndələri üçün Qarabağ Peşə Hazırlığı Mərkəzinə infotur təşkil edilib

    18 Dekabr 2025 13:47
    Demo
    XƏBƏR LENTİ

    Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

    İran və Azərbaycan Astara Sərhədində Yük Maşını Hərəkətini Artıracaq

    Monteneqro Vaşinqtonda əldə olunmuş razılaşmaları aqlışlayır - Ervin İbrahimoviç

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər

    Fənərbaxça bu gün Eyüpsporun qonağı olacaq

    ”Azərbaycan və Monteneqro arasındakı münasibətlər konkret nəticələrə və birgə işə əsaslanır” — Ervin İbrahimoviç

    Türkiyənin Mersin limanı 35 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    Türkiyə ilə Oman arasında 17 sahəni əhatə edən əməkdaşlıq protokolu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.