Əsas səhifə » Azərbaycan və Ermənistan arasında birbaşa əlaqə kanalları mövcuddur - Mirzoyan

Azərbaycan və Ermənistan arasında birbaşa əlaqə kanalları mövcuddur - Mirzoyan

Bakı. AzerVoice:

Azərbaycan və Ermənistan arasında birbaşa əlaqə kanalları mövcuddur.

AzerVoice erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

"Ermənistan və Azərbaycan liderlərinin administrasiyaları arasında birbaşa əlaqə kanallarının olduğunu qeyd etmişik. Qeyd edim ki, analoji kanal Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlikləri, eləcə də digər idarələri arasında mövcuddur", - o deyib.

Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində dediyi kimi, bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı və İrəvan arasında aparılır.

O qeyd edib ki, hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı.

"Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır", - deyə H.Hacıyev əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice