Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Tayland və Kamboca sərhədində döyüşlər yenidən başlayıb

    8 Dekabr 2025 16:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Tayland ilə Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq yenidən başlayan sərhəd gərginliyi silahlı toqquşmalara səbəb olub.

    AzerVoice xəbər verir ki, ilkin məlumata görə, Kambocanın 4 mülki vətəndaşı həlak olub, 9 nəfər isə yaralanıb. Kamboca İnformasiya Naziri Neth Pheaktra sərhədyanı kəndlərdən on minlərlə insanın təhlükəsizlik məqsədilə köçürüldüyünü bildirib. Tayland ordusu da açıqlama yayaraq 50 mindən çox sakinin sərhəd ərazilərini tərk edərək sığınacaqlara yerləşdirildiyini bildirib.

    Kamboca Baş naziri Hun Manet vəziyyətə dair açıqlamasında dövlət qurumlarını və vətəndaşları çətin dövrdə birlik nümayiş etdirməyə çağırıb. Tayland Baş naziri Anutin Charnvirakul isə ölkəsinin zorakılıq istəmədiyini, lakin suverenliyinin pozulmasına yol verməyəcəyini vurğulayıb.

    Hadisələrlə bağlı hər iki ölkə bir-birini günahlandırır. Tayland Ordusunun sözçüsü Winthai Suvaree Kamboca tərəfindən Chong An Ma bölgəsində “hərbi və mülki hədəflərə” atəş açıldığını, Taylandın buna hava zərbələri ilə cavab verdiyini deyib. Kamboca Müdafiə Nazirliyi isə əksinə, Taylandın F-16 qırıcıları ilə hücuma başladığını və özlərinin cavab vermədiyini açıqlayıb.

    Tayland və Kamboca arasında 817 kilometrlik sərhəd xətti boyunca uzun illərdir ərazi mübahisələri davam edir. Bu il mayın 28-də qısa müddətli toqquşma yaşanmış, iyulun 24-də isə baş verən qarşıdurmada hər iki tərəfdən toplam 32 nəfər həlak olmuşdu. Daha sonra oktyabrın 26-da Kuala Lumpurda ASEAN Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə “sülh razılaşması” imzalamışdı. Razılaşmadan sonra tərəflər sərhəd bölgələrindən ağır silahların geri çəkilməsinə başlasa da, son hadisələr gərginliyin yenidən artdığını göstərir.

    #Tayland #Kamboca #Tayland-Kamboca sərhəd gərginliyi #Tailand və Kamboca arasında mübahisəli ərazi #Kamboca və Tayland üçün rüsum endirimləri #Tayland yeni baş nazir #Tayland Kamboca sərhəd böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tailand və Kamboca arasında atəşkəs bu gündən qüvvəyə minir

    27 Dekabr 2025 10:25

    Tayland ordusu Kamboca sərhədində hava atəşinə başlayıb

    26 Dekabr 2025 12:51

    Kamboca-Tayland sərhədində davam edən toqquşmalarda həlak olanları sayı 100-ə çatır

    25 Dekabr 2025 11:38

    ASEAN Tayland–Kamboca sərhəd böhranı ilə bağlı təcili toplantı keçirir

    22 Dekabr 2025 11:12

    Tailand Kamboca ilə sərhəddə atəşkəs ehtimalını istisna etmir

    21 Dekabr 2025 14:38

    Kamboca və Tailand sərhədində döyüşlər səbəbindən təxliyələr davam edir

    21 Dekabr 2025 11:41

    Kamboca ilə Tailand arasında sərhəd toqquşmalarında ölən mülki şəxslərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 15:13

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Tayland və Kamboca arasındakı münaqişəni yoluna qoyacağıq - Tramp

    12 Dekabr 2025 12:37

    Taylandın baş naziri ABŞ prezidenti ilə görüş planlaşdırır

    12 Dekabr 2025 11:24

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    7 Dekabr 2025 19:57

    Taylandın cənubunda sel fəlakətində ölənlərin sayı 150-ə çatıb

    28 Noyabr 2025 15:33
    XƏBƏR LENTİ

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.