BAKI, AzerVoice, Nailə Babazadə
İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb.
AzerVoice xəbər verir ki, Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq.
İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.
Hava çirkliliyi səbəbindən Təhrandakı məktəblərdə bu gün və sabah distant təhsil tətbiq olunacaq.