Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Google Earth Çinin hərbi sirrini ortaya çıxarıb

    17 Aprel 2025 15:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Çinin illərlə gizlətdiyi nüvə sualtı bazası peyk görüntüləri ilə üzə çıxıb.

    AzerVoice xəbər verir ki, Google Earth-ün yaydığı son peyk şəkilləri ilə Çinin Sarı dəniz sahilində yerləşən və uzun müddətdir gizli saxlanılan nüvə sualtı qayığı bazası ifşa olunub.

    Qingdao şəhəri yaxınlığında yerləşən “Birinci Sualtı Baza”da altı sualtı qayığın olduğu aydın görünür. Onlardan beşi nüvə enerjisi ilə işləyir, biri isə qurudadır.

    Avstraliyalı müstəqil analitik Aleks Lakın bildirdiyinə görə, şəkillərdə iki Type 091, iki Type 093A və mənşəyi hələlik məlum olmayan bir nüvə sualtı qayığı yer alır. Həmçinin, istismardan çıxarılan və Type 094 sinfi ilə əvəzlənən yeganə Type 092 ballistik raket daşıyan sualtı qayığın görüntüsü də qeydə alınıb.

    Ekspertlər bu görüntülərin Çin Xalq Azadlıq Ordusu Dəniz Qüvvələrinin (PLAN) genişlənən gücünü ortaya qoyduğunu bildirir. ABŞ Müdafiə Nazirliyinin hesabatına əsasən, PLAN-ın hazırda 60-a yaxın sualtı qayığı var. Onların sayı 2025-ci ildə 65-ə, 2035-ci ildə isə 80-ə çatacağı gözlənilir.

    Qeyd edək ki, son 15 ildə Çin 12 yeni nüvə sualtı qayığı inşa edib. Bu proses Pekinin bölgədə ABŞ-ın dəniz üstünlüyünə meydan oxumaq strategiyasının mühüm hissəsidir. Google Earth-un yaydığı görüntülər isə bu modernizasiya səylərinin artıq gizli saxlanılmadığını sübut edir.

    #Çin #Google #Nüvə sualtı bazası #Peyk görüntüləri #Birinci Sualtı Baza #Dəniz Qüvvələri (PLAN) #Google Earth
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yunan zabit NATO sirrlərini Çinə ötürməkdə ittiham olunur

    6 Fevral 2026 12:56

    Çinlə əməkdaşlıq ortaq regional problemlərin həlli imkanlarını əhəmiyyətli dərəcədə artırır - Ceyhun Bayramov

    5 Fevral 2026 13:57

    Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək – Ceyhun Bayramov

    5 Fevral 2026 13:54

    NATO Rusiya gəmilərini PUA-lar ilə izləməyə başlayıb

    31 Yanvar 2026 11:08

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi

    30 Yanvar 2026 09:09

    Çin Myanmada yerləşən dəstələrlə əlaqəsi olan 11 cinayətkarı edam edib

    29 Yanvar 2026 12:30

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Keçən il Türkiyədən Çinə tekstil ixracı azalıb (ÖZƏL)

    25 Yanvar 2026 11:00

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24

    Keçən il Türkiyədən Çinə xalça ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    23 Yanvar 2026 17:17

    Əsas məsələ Ukraynadır, Qrenland deyil - Rutte

    21 Yanvar 2026 16:56

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12
    Demo
    XƏBƏR LENTİ

    ABŞ Ticarət Palatası Amerika şirkətlərinin Azərbaycana ilk biznes missiyasına rəhbərlik edib

    İran üçün Azərbaycanla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir – Dəmirçilu

    Yaxın günlərdə Bakıda Azərbaycan-İran birgə dövlət komissiyasının iclası keçiriləcək

    İran regional sülhün qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir – Səfir

    Bakıda İranın milli bayramı qeyd olunub

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    Ərazi sularının qorunması ilə bağlı Azərbaycana yeni qayıqlar göndərəcəyik - Vens

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.