Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Rusiya "3+3" platformasını təşkilata çevirmək üzərində işləyir

    29 Noyabr 2024 16:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Rusiya Cənubi Qafqaz üzrə "3+3" regional əməkdaşlıq platformasını tam hüquqlu təşkilata çevirmək üçün iş aparır.

    AzerVoice xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada keçirilən "Rusiya - Ermənistan" adlı ikinci ictimai forumda çıxışı zamanı bildirib.

    "Region ölkələrinin maraqlarını harmonizasiya etməkdə "3+3" platformasına böyük önəm veririk. Onun Cənubi Qafqazda qarşılıqlı əməkdaşlıq üzrə tam hüquqlu təşkilata çevrilməsi üzərində işləyirik", - deyə M.Qaluzin qeyd edib.

    O həmçinin vurğulayıb ki, Rusiya əvvəlki kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə hərtərəfli dəstək göstərməyə davam edir.

    Qeyd edək ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan "3+3" adını alıb. Rusiya və İran bu ideyanı dəstəkləyib, Ermənistan da formata qoşulub. Gürcüstan isə təşəbbüsdə iştirak etmək niyyətində olmadığını bəyan edib.

    2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlikləri səviyyəsində regional məsləhətləşmə platformasının ilk iclası keçirilib.

    #Rusiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya ABŞ-ın sanksiyalarını qəbul etməyəcək - Putin

    19 Fevral 2026 11:10

    Ukrayna münaqişəsi tərəflərdən biri tükənəndə başa çatacaq - Merts

    19 Fevral 2026 09:49

    İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian

    18 Fevral 2026 16:59

    Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib - Peskov

    18 Fevral 2026 16:55

    Yanvarda Türkiyə-Rusiya hazır geyim ticarətində yüksəliş (ÖZƏL)

    17 Fevral 2026 13:47

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Danışıqlarda ciddi irəliləyiş əldə olunub - Kiyev

    6 Fevral 2026 09:47

    Rusiya Kiyev və Xarkovu raket və PUA-larla vurdu - Ukrayna

    5 Fevral 2026 12:51

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    5 Fevral 2026 09:39
    XƏBƏR LENTİ

    Yuxuda it dişləməsi nəyə işarədir? Xəyanət və məsuliyyətdən qaçmağın yozumu

    Ramazan zəfərləri: İslam sivilizasiyasını xilas edən böyük döyüşlərin analizi

    Ağ Evdə yadplanetli davası: Tramp Obamanı "məxfi sızdırmada" günahlandırdı

    İslam tarixində Ramazan zəfərləri: Qədisiyyə zəfəri və Sasani imperiyasının süqutu

    Bu gün kosmonavt Con Qlenn Yer ətrafında dövrə edib

    Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

    Prezident İlham Əliyevin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar

    Qarabağda İlk Qığılcım, Boğazda İlk Körpü və Fıratın Şəhadəti: 20 Fevral Dosyesi

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib

    Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanladı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.