Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

    31 Yanvar 2026 09:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.

    BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.

    Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, “Geneva Water Hub”, Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.

    İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb.

    #Azərbaycan #BMT #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Cenevrə #Qalib İsrafilov #Arnold Kraylhuber #Françeska Raçioppi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    31 Yanvar 2026 09:59

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

    31 Yanvar 2026 09:36

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

    30 Yanvar 2026 23:18

    “Məşğulluğa Dəstək Layihəsi” benefisiarları arasında sorğu keçirilib

    30 Yanvar 2026 14:21

    Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

    30 Yanvar 2026 13:52

    Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı: mənzillərin açarları təqdim olundu

    30 Yanvar 2026 13:24

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    30 Yanvar 2026 13:03

    2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb

    30 Yanvar 2026 12:43

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

    29 Yanvar 2026 22:01

    Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

    29 Yanvar 2026 17:24

    İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 684 milyon manat kredit verilib

    29 Yanvar 2026 17:15
    Demo
    XƏBƏR LENTİ

    “Flamenqo” Lukas Paketanın transferini rəsmən açıqladı

    ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqlədi

    Serj Qnabri “Tottenhem”ə transfer ola bilər

    Slavyan kəndində həyat mübarizəsi : 33 bədnddə keçmişin unudulmuş vəhşilikləri

    Azərbaycandan yanacaq tədarükünün başlanması Ermənistan bazarını dəstəkləyir – ING

    Fermin Lopez “Barselona” ilə yeni müqavilə imzaladı

    Cinayətkar qrupun rəhbərlərindən biri Türkiyəyə ekstradisiya olundu

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.