BAKI, AzerVoice, Orxan Qədirzadə
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu bildirilir.
AzerVoice xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış bazar ertəsi günü paytaxtın Şahr-e-Nov (Shahr-e-Naw) rayonunda qeydə alınıb. Sözügedən ərazi xarici vətəndaşların yaşadığı və Kabildə ən təhlükəsiz bölgələrdən biri hesab olunur.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani açıqlamasında bildirib ki, ilkin məlumatlara əsasən, partlayış nəticəsində bir neçə nəfər həlak olub və yaralananlar var. Onun sözlərinə görə, hadisə ilə bağlı ətraflı məlumat daha sonra açıqlanacaq.
Qeyd olunur ki, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından və Talibanın yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə, xüsusilə də Kabildə partlayış və hücumların sayı azalıb. Bununla belə, İŞİD-in yerli qolları ölkədə hələ də aktivdir və vaxtaşırı hücumlar həyata keçirir.
Məlumata görə, 2025-ci il ərzində Əfqanıstanda iki intihar hücumu baş verib.