Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

    19 Yanvar 2026 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Beynəlxalq humanitar təşkilatlar Yəməndə aclıq riskinin sürətlə artdığı barədə xəbərdarlıq edir.

    AzerVoice xəbər verir ki, Beynəlxalq Xilasetmə Komitəsinin açıqlamasına görə, dünyanın ən yoxsul ölkələrindən biri olan Yəmən 2026-cı ilə son dörd ilin ən ağır ərzaq böhranına ilə daxil olub. Proqnozlara əsasən, ölkə əhalisinin yarıdan çoxu – təxminən 18 milyon insan – artan aclıq təhlükəsi ilə üzləşəcək.

    Bildirilib ki, Birləşmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı sistemi çərçivəsində yayımlanan son qiymətləndirmə həyat üçün təhlükəli aclıq riski altında olan insanların sayının daha 1 milyon nəfər artdığını göstərir. Eyni zamanda, Yəmənin cənubunda daxili qarşıdurmalar və regional aktorların iştirakı vəziyyəti daha da ağırlaşdırır.

    Hesabatda yaxın iki ay ərzində ölkənin dörd bölgəsində 40 mindən çox insanı əhatə edə biləcək aclıq ocaqlarının yaranacağı ehtimalı qeyd olunur ki, bu da 2022-ci ildən bəri ən pessimist mənzərə hesab olunur. Uzun illər davam edən müharibə, kütləvi məcburi köçkünlük və səhiyyə xidmətlərinə çıxışın məhdudlaşması əhalinin yaşayış imkanlarını demək olar ki, tam sıradan çıxarıb.

    Hazırda bu amillərə milli iqtisadiyyatın çöküşü də əlavə olunub. Ev təsərrüfatlarının alıcılıq qabiliyyəti kəskin şəkildə zəifləyib, ərzaq qiymətləri isə sürətlə yüksəlib. Bununla yanaşı, humanitar yardımın həcmi ciddi şəkildə azalıb. Məlumata görə, 2025-ci ilin sonuna qədər Yəmən üçün nəzərdə tutulan humanitar planın 25 faizdən az hissəsi maliyyələşdirilib ki, bu da son on ilin ən aşağı göstəricisidir. Qida proqramları isə tələb olunan vəsaitin 10 faizindən də azını ala bilib.

    Beynəlxalq Xilasetmə Komitəsinin Yəməndəki rəhbəri Karolin Sekyeva vəziyyətin sürətlə pisləşdiyini bildirib. Onun sözlərinə görə, ailələr artıq çıxılmaz seçimlər qarşısında qalıb və bəzi valideynlər uşaqlarını qidalandırmaq üçün yabanı bitkilər toplamağa məcbur olur.

    Bununla yanaşı, təşkilat böhranın qarşısının alınmasının mümkün olduğunu vurğulayaraq donorları təcili addımlar atmağa çağırıb. Bildirilib ki, nağd yardım proqramları ailələrin əsas ehtiyaclarını qarşılamaq üçün ən effektiv vasitələrdən biridir.

    #Yəmən 2022-ci ildən bəri ən ağır aclıq böhranına girir #18 milyon yəmənli artan aclıq riski ilə üz-üzədir #Humanitar təşkilat Yəməndə təcili təhlükə xəbərdarlığı etdi #Yəməndə ərzaq böhranı sürətlə dərinləşir #Yardımın azalması Yəməndə aclığı kəskinləşdirir #Yəməndə yeni aclıq ocaqları yarana bilər #Yemen 2022’den bu yana en ağır gıda krizine giriyor #18 milyon Yemenli açlık riskiyle karşı karşıya #Yemen’de insani kriz derinleşiyor #Yardım kesintileri Yemen’de açlığı artırdı #Yemen’de yeni kıtlık bölgeleri oluşabilir #Gıda güvensizliği Yemen’de alarm veriyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

    19 Yanvar 2026 19:01

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    19 Yanvar 2026 16:26

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    19 Yanvar 2026 16:05

    Suriya razılaşması: hərbi nailiyyətdən siyasi legitimliyə keçid

    19 Yanvar 2026 15:01

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    19 Yanvar 2026 11:42

    Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

    19 Yanvar 2026 10:15

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    19 Yanvar 2026 00:19

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    18 Yanvar 2026 22:00

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    18 Yanvar 2026 17:27
    Demo
    XƏBƏR LENTİ

    “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur

    Prezident İlham Əliyev Davosda Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb

    Yəmən 2022-ci ildən bəri ən ağır ərzaq böhranı ilə üz-üzədir

    Əfqanıstanda partlayış baş verib

    Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

    SDQ-ni kim əkdi, kim doğdu, kim boğdu – bütün suallara cavab

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    Rusiyadan və Qazaxıstandan beynəlxalq axtarışa verilmiş daha 3 nəfər Azərbaycana ekstradisiya edildi

    Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub

    İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının regional direktoru ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.