Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrailin Qəzza müharibəsində süni intellektdən istifadəsi gələcək müharibə modelini dəyişib

    29 Noyabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail ordusunun Qəzza müharibəsində süni intellekt sistemlərindən genişmiqyaslı istifadəsi hədəf seçimi prosesini sürətləndirib və müasir döyüş konsepsiyasını köklü şəkildə dəyişib.

    AzerVoice xəbər verir ki, mütəxəssislər bu müharibəni avtomatlaşdırılmış hərbi texnologiyaların tarixində dönüş nöqtəsi kimi qiymətləndirirlər.

    Məlumatlara görə, İsrail geniş məlumat bazaları, üz tanıma sistemləri, qərar dəstəkləyən alqoritmlər və avtomatlaşdırılmış hədəf seçimi proqramları vasitəsilə minlərlə hədəfi müəyyənləşdirib. Araşdırmalarda qeyd olunur ki, bu sistemlər böyük sürətlə qərarlar verib və prosesdə insan nəzarəti minimal səviyyədə qalıb.

    İlk günlərdə ordunun gündə minədək hava zərbəsi endirdiyi, dekabr ayına qədər isə 10 min hava hücumu həyata keçirdiyi bildirilir. Qəzzada dağıntı səviyyəsinin II Dünya Müharibəsində Drezden, Hamburq və Köln bombardmanları ilə müqayisə edilməsi bu intensivliyin miqyasını göstərir.

    İsrail hərbçilərinin açıqlamalarına görə, müharibədən öncə minlərlə potensial hədəfi əhatə edən geniş “hədəf bankı” yaradılıb. +972 jurnalının araşdırmaları göstərir ki, “The Gospel” adlı sistem binaları, “Lavender” isə fərdləri avtomatik olaraq hədəf kimi seçib. Mənbələrə görə, sistem 37 min şəxsi və onların yaşayış ünvanlarını hədəf olaraq işarələyib.

    “Where’s Daddy?” adlı proqram isə həmin şəxslərin yerini real vaxtda izləyib və onların evdə olduğu an barədə siqnal göndərib. Araşdırmada qeyd olunub ki, bəzi hallarda aşağı rütbəli hədəflər üçün 15–20, yüksək rütbəli hədəflər üçün isə 100-dək mülki şəxsin öldürülməsi “qəbul edilə bilən itki” kimi qiymətləndirilib.

    Mütəxəssislər bildirirlər ki, bəzi hədəflər üçün qərar təsdiqlənənədək cəmi 20 saniyə vaxt sərf olunub və bu, insan nəzarətinin faktiki olaraq zəifləməsinə səbəb olub.

    İsrail tərəfi bildirir ki, süni intellekt sistemləri yalnız identifikasiya prosesini dəstəkləyir və hər bir hədəf insan tərəfindən ayrıca təsdiqlənir. Lakin beynəlxalq hüquq üzrə mütəxəssislər bunun praktiki olaraq mümkün olmadığını deyir.

    Mütəxəssis Asaf Lubinin sözlərinə görə, böyük həcmdə hədəf axını insanın hüquqi və operativ nəzarət imkanını məhdudlaşdırıb: “Bu prosesə lazımi təhlil və sualvermə mərhələləri daxil olmayıb.”

    Digər ekspertlər isə süni intellekt platformaları mövcud hərbi fəaliyyət modelini sadəcə sürətləndirib və nəticələrin əsasən siyasi qərarlardan irəli gəldiyini vurğulayıb.

    Mütəxəssislər bildirirlər ki, Qəzza müharibəsində inkişaf etdirilən texnologiyalar gələcəkdə işğal altındakı ərazilərdə nəzarətin daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. Digital hüquqlar üzrə təşkilatlar bu prosesə “avtomatlaşdırılmış aparteid” adını verib.

    Süni intellektə əsaslanan izləmə, biometrik nəzarət, kütləvi məlumat çıxarışı və avtomatlaşdırılmış hədəfləmə sistemlərinin münaqişədən sonra gündəlik idarəetməyə inteqrasiya ediləcəyi ehtimal olunur.

    Media məlumatına görə, Microsoft 2024-cü ildə bəzi xidmətləri Unit 8200 bölməsinə bağlayıb. Ekspertlər bildirirlər ki, beynəlxalq texnologiya şirkətlərinin bu sistemlərə inteqrasiyası gələcək müharibələrdə özəl sektorun rolunu artıracaq.

    Qəzza müharibəsində on minlərlə insanın həlak olması fonunda ekspertlər bunun qlobal miqyasda hərbi etik normalara təsir edəcəyini bildirirlər. Lubinin sözlərinə görə, hazırkı vəziyyət “müharibə qaydalarını yenidən müəyyənləşdirəcək kritik an”dır.

    #İsrailin Qəzzada AI istifadəsi müharibə modelini dəyişdi #Araşdırma: Süni intellekt Qəzzada hədəf seçimini avtomatlaşdırdı #Ekspertlər: AI sistemləri insan nəzarətini zəiflətdi #Qəzzadakı bombardman II Dünya Müharibəsi səviyyəsində olub #Lavender və The Gospel: İsrailin AI hədəfləmə sistemləri #Automated apartheid riski artır — mütəxəssislər xəbərdarlıq edir #Qəzzada 37 min nəfər AI tərəfindən hədəfləndi #Beynəlxalq hüquq: AI istifadə olunan əməliyyatlarda məsuliyyət kimdədir? #Microsoft Unit 8200 ilə əməkdaşlığı məhdudlaşdırdı #Qəzza müharibəsi süni intellektin hərbidə rolunu yenidən gündəmə gətirdi #Qəzza müharibəsi süni intellekt döyüşlərini necə dəyişdi? #İsrailin AI sistemləri və hədəf seçiminin yeni modeli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    13 Fevral 2026 22:08

    Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

    13 Fevral 2026 20:45

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    İranla bir ay ərzində razılıq əldə oluna bilər – Tramp

    13 Fevral 2026 07:22

    Banqladeşdə səsvermə başa çatıb, sayım başlayıb

    12 Fevral 2026 21:08

    Böyük Britaniya Ukraynaya 1000 ədəd çoxməqsədli raket göndərəcək

    12 Fevral 2026 20:10

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Çin Venesuela neftinin idxalını bərpa edib

    12 Fevral 2026 17:26
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.