BAKI, AzerVoice
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir qrup "B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi Venesuela sahilləri yaxınlığında Karib dənizindəki beynəlxalq sular üzərində uçuşlar həyata keçirib.
AzerVoice-un məlumatına görə, bu barədə "Air And Space Forces" nəşri Amerika rəsmilərinə istinadən xəbər verib.
Ötən gün baş tutan uçuşlarda ən azı iki B-52H strateji bombardmançı təyyarəsi iştirak edib.
Onlar Şimali Dakotadakı Minot Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıblar. ABŞ rəsmisinin sözlərinə görə, missiya "mövcudluq patrulu" olub.