Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran Silahlı Qüvvələri tam döyüş hazırlığındadır - SEPAH

    25 Sentyabr 2025 15:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Əli Fədəvi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri hər cür təhdidə qarşı tam hazırlıq vəziyyətindədir və düşməni məğlub etmək gücünə malikdir.

    AzerVoice xəbər verir ki, Məşhəddə keçirilən tədbirdə çıxış edən Fədəvi, İran ordusunun təcrübəli və peşəkar olduğunu vurğulayıb.

    “Silahlı Qüvvələrimiz düşmənin hər cür plan və təhdidlərinə cavab vermək üçün kifayət qədər bacarıq və gücə sahibdir” – deyə o bildirib.

    O, “qlobal təkəbbür” adlandırdığı qüvvələrin inqilabdan bəri İrana qarşı müxtəlif təxribatlar həyata keçirdiyini xatırladıb və bunun yeni hal olmadığını qeyd edib.

    Fədəvi, 13–24 iyun tarixlərində İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlara da toxunaraq, ABŞ-ın da bu əməliyyatlara qoşulduğunu bildirib. Onun sözlərinə görə, İranın üç əsas nüvə obyektinə zərbələr endirilsə də, düşmən öz məqsədlərinə nail ola bilməyib:

    “Bu müharibə çətin idi və biz itkilər verdik, amma düşmən hədəflərinə çata bilmədi. İsrail sonda birtərəfli qaydada hücumlarını dayandırmağa məcbur oldu”- deyə o vurğulayıb

    #İsrail #İran #ABŞ #SEPAH #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrailin İran hücumu #İran ordusu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.