Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ukraynada zorakılıq dayandırılmasa, Rusiyaya təzyiqlər davam edəcək - Aİ liderləri

    16 Avqust 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Ukraynada zorakılıq dayandırılmasa, Rusiyaya təzyiqlər davam edəcək.

    AzerVoice xəbər verir ki, Avropa İttifaqı ölkələrinin liderləri ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən sonra birgə bəyanat yayıblar. Bəyanata Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Finlandiya, Polşa liderləri, Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının rəhbəri Ursula fon der Leyen qoşulub.

    Məlumata görə, Tramp görüşdən sonra Avropa liderlərini və Ukrayna prezidenti Vladimir Zelenskini əldə olunan nəticələrlə bağlı məlumatlandırıb. Onun Ukraynada zorakılıqları dayandırmaq və ədalətli sülhə nail olmaq istiqamətində səyləri alqışlanıb. ABŞ prezidentinin “Razılaşma olmayana qədər heç bir razılaşma yoxdur” ifadəsi sənəddə xüsusi vurğulanıb.

    Bəyanatda həmçinin, Zelenskinin də iştirak edəcəyi növbəti görüşün keçirilməsinin vacibliyi qeyd olunub. Avropa liderləri bildiriblər ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün real təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Bununla yanaşı, Rusiyanın təzyiqləri dayandırılmadığı təqdirdə sanksiyaların davam edəcəyi vurğulanıb.

    Qeyd edək ki, dünən Alyaskanı Ankoric şəhərində Tramp və Putin arasında üç saatlıq görüş baş tutub. Tramp görüşdə müəyyən irəliləyiş əldə olunduğunu, lakin yekun razılığın əldə edilmədiyini açıqlayıb.

    #Rusiya #ABŞ #Avropa İttifaqı (Aİ) #Vladimir Putin #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43
    XƏBƏR LENTİ

    Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

    Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib

    Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

    Bakı Fond Birjası Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" ndə iştirak edib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Yanvarda Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri açıqlandı

    Serbiya qırıcıları Prezident İlham Əliyevin təyyarəsini müşayiət edib

    Əli Kərimli və Məmməd İbrahim barədə qərar qəbul edildi

    Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.