Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq

    11 Avqust 2025 14:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 1867-ci ildə Rusiya İmperiyasından aldığı Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

    AzerVoice xəbər verir ki, Putin avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə edəcək. Bu, onun 2015-ci ildə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka getməsindən sonra ABŞ-a ilk səfəri olacaq. Keçmişdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev ABŞ-a səfər etsələr də, heç biri Alyaskaya getməyib.

    Alyaska 1732-ci ildə rus kəşfiyyatçıları tərəfindən kəşf edilib və uzun müddət Rusiya ərazisi olub. 1867-ci il martın 30-da Çar II Aleksandrın icazəsi ilə ABŞ-a 7,2 milyon dollara satılıb. Bu gün Alyaska qızıl, neft, təbii qaz, balıqçılıq ehtiyatları və strateji mövqeyi ilə ABŞ-ın ən gəlirli torpaq alımı hesab olunur.

    Qeyd edək ki, Alyaska ilə Rusiyanın Çukotka bölgəsi arasındakı məsafə cəmi 86 kilometrdir və iki ölkəni ayıran sərhəd Beynəlxalq Tarix Xəttindən keçir. 15 avqust 2025-ci ildə Alyaskada keçiriləcək Putin-Tramp sammiti zamanı sərhədin Rusiya tərəfində tarix artıq 16 avqust olacaq.

    #Rusiya #BMT #ABŞ #Vladimir Putin #Donald Tramp #Nyu-York #Alyaska #Rusiya-Ukrayna münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58
    XƏBƏR LENTİ

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçirilib

    Kosovonun Müstəqilliyi, Türkiyədə Hüquq İnqilabı və Liviyanın Qəzəb Günü: 17 Fevral Dosyesi

    Qafqaz Müsəlmanları İdarəsində Qərbi Azərbaycan İcması ilə görüş keçirilib

    ABŞ nüvə məsələsində "daha real" mövqe nümayiş etdirir - Tehran

    İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

    Fələstinli məhbusların təhqir olunması ilə bağlı İsrail nazirinə qarşı ittihamlar irəli sürülüb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiyaya səfərindən görüntülər paylaşılıb

    İsrail F-35I qırıcılarının uçuş məsafəsini artırdığını bəyan edib

    Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova

    Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.