BAKI, AzerVoice
ABŞ Meksika və Avropa İttifaqı (Aİ) ölkələrindən idxal olunan mallara 30 faizlik gömrük rüsumları tətbiq edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Meksika və Brüsselə göndərdiyi iki rəsmi məktubda bildirib.
“Avqustun 1-dən etibarən, Aİ ölkələrindən idxal olunan mallara 30 faiz rüsum tətbiq edəcəyik. Bu addım, ABŞ-ın Aİ ilə olan ticarət natarazlığını aradan qaldırmaq məqsədi daşıyır” – deyə, Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ Prezidenti danışıqların davam etdirilə biləcəyini də istisna etməyib.
Eyni məzmunlu məktub Meksika hökumətinə də göndərilib. Sənəddə vurğulanıb ki, Meksika ABŞ ərazisində fəaliyyət göstərən narkokartellərin qarşısını almaqda uğursuz olub:
“Amerikanın narkokartellərin fəaliyyət meydanına çevrilməsinin qarşısını almaq üçün avqustun 1-dən etibarən Meksikadan idxal olunan mallara 30 faizlik rüsum tətbiq ediləcək.”