BAKI, AzerVoice
Türkiyənin üç vilayətində yanğın hadisəsi baş verib.
AzerVoice türk KİV-lərinə istinadən xəbər verir ki, Balıkesir, Uşak və Manisa vilayətlərində başlayan yanğınların səbəbi naməlumdur.
Balıkesirdəki yanğın Sındırqı rayonunda yerləşən meşəlik ərazidə başlayıb.
Əraziyə dörd helikopter, dörd təyyarə və bələdiyyəyə məxsus
digər nəqliyyat vasitələri cəlb olunub.
Yanğının qarşısını almaq üçün havadan və qurudan müdaxilə edilir.
Hazırda yanğının nəzarət altına alınmasına çalışılır.
Uşak vilayətindəki yanğın Banaz rayonundakı meşəlik ərazidə baş verib.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə Meşə Təsərrüfatı İdarəsinə məxsus nəqliyyat vasitələri və helikopterlər göndərilib. Hazırda yanğına müdaxilə işləri davam edir.
Manisa vilayətinin Sarıgöl rayonuna bağlı Ziyanlar məhəlləsində də səbəbi bilinməyən bir yanğın kolluq ərazidə başlayıb.
Küləyin təsiri ilə qısa müddətdə geniş bir sahəyə yayılan alovlar Uşak vilayətinin Eşme rayonuna bağlı Eşmetaş kəndi yaxınlığına qədər çatıb.
Əraziyə yanğınsöndürmə briqadaları, helikopterlər və yanğınsöndürmə təyyarəsi göndərilib.