BAKI, AzerVoice
Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi həyata
keçirilib.
AzerVoice xəbər verir ki, Ukrayna və
Rusiya arasında əsirlərin dəyişdirilməsi prosesi İstanbulda 2 iyun
tarixində keçirilən danışıqlarda əldə olunan razılaşmalar əsasında
davam edir.
Tərəflər bu dəfə də həm hərbi, həm də mülki şəxsləri əhatə edən
yeni məhbus mübadiləsi həyata keçiriblər.
Ukrayna Prezidenti Vladimir Zelenski verdiyi açıqlamada, azad edilən əsgərlərin bir çoxunun 2022-ci ildən bu yana Rusiya tərəfindən əsir saxlandığını bildirib. O, azad edilənlər arasında mülki şəxslərin də olduğunu vurğulayaraq, bu prosesin davam etməsinin vacibliyini qeyd edib və razılaşmanın həyata keçməsində rol oynayan hər kəsə təşəkkürünü bildirib.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi də Ukraynanın nəzarətində olan bölgələrdən daha bir qrup rus əsgərinin geri qaytarıldığını açıqlayıb. Məlumata görə, həmin əsgərlər əvvəlcə Belarus ərazisinə gətirilib, oradan isə Rusiyaya təhvil veriləcək.
Hər iki tərəf mübadilə edilən əsgərlərin dəqiq sayı barədə açıqlama verməyib.
Qeyd edək ki, İstanbul danışıqları çərçivəsində tərəflər arasında dondurulmuş cəsədlərin təhvili, 25 yaşdan aşağı və ya ağır vəziyyətdə olan əsirlərin qarşılıqlı mübadiləsi üzrə razılaşma əldə olunmuşdu. Həmin razılaşmaya əsasən, iyun ayı ərzində bir neçə mərhələli dəyişdirmə prosesi həyata keçirilib.