BAKI, AzerVoice
İtaliya Səhiyyə Nazirliyi həftəsonu ölkəni bürüyəcək istilərlə
bağlı ciddi xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, şənbə günü
17, bazar günü isə ümumilikdə 21 şəhərdə ekstremal temperatur
səbəbilə “qırmızı” siqnal – yəni ən yüksək risk səviyyəsi elan
olunub.
Nazirliyin məlumatına görə, Ankona, Bolonya, Milan, Roma, Florensiya, Neapol, Turin və Venesiya da daxil olmaqla əsas şəhərlərdə istinin sağlamlığa təhlükə yarada biləcəyi vurğulanıb. Bazar günü isə Kataniya, Rieti və Viterbo da risk zonasına daxil olacaq.
Qeyd edək ki, “qırmızı” xəbərdarlıq təkcə yaşlılar və xroniki xəstələr üçün deyil, sağlam insanlar üçün də təhlükəli hesab olunur. Nazirlik vətəndaşlara günəşdən uzaq durmaq, maye qəbulunu artırmaq və zəruri hallarda sərin məkanlara sığınmaq tövsiyə edir.