BAKI, AzerVoice
Türkiyənin çox böyük müdafiə sənayesi bazası var.
AzerVoice
xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Türkiyənin müdafiə
sənayesinin gücünə və potensialına dair önəmli açıqlama verib.
O, Türkiyənin müdafiə sənayesinin çox böyük və strateji əhəmiyyətə
malik olduğunu bildirib.
Rutte bəyan edib ki, “Türkiyənin müdafiə sənayesi bazası Böyük Britaniya, Norveç və Avropa İttifaqı ilə mümkün qədər sıx əlaqəli olmalıdır”. O, bu əməkdaşlığın həm NATO-nun ümumi gücünə, həm də regional təhlükəsizliyə müsbət təsir edəcəyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə son illərdə hərbi texnologiyalar sahəsində böyük irəliləyişlərə imza atıb və müxtəlif müdafiə məhsullarının istehsalında beynəlxalq bazarda mühüm aktora çevrilib. Bayraktar pilotsuz uçuş aparatları, Altay tankı və “Hisar” hava müdafiə sistemləri bu sahədəki inkişafın nümunələrindəndir.