BAKI, AzerVoice
Putin 5 il ərzində NATO ölkəsinə hücum edə bilər
AzerVoice xəbər verir ki, o, bu fikri Britaniyanın “Sky News” televiziyasına verdiyi müsahibə zamanı səsləndirib.
Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin alyansı sınağa çəkmək üçün 2030-cu ildən etibarən daha geniş imkanlara sahib ola bilər.
“Bu gün Ukrayna onu dayandırır. Onun ordusunu təkmilləşdirməyə və təlim keçməyə vaxtı yoxdur. Amma 5 ilə vəziyyət dəyişə bilər”- deyə o bildirib.
Ukrayna lideri NATO müttəfiqlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə çatdırmaq planlarını “çox ləng” adlandıraraq bildirib ki, bu cür gecikmələr Putin üçün fürsətlər yaradır.
İsrail-İran qarşıdurması və Yaxın Şərqdə mümkün müharibənin Ukraynaya təsiri barədə suala cavab verən Zelenski, ABŞ da daxil olmaqla bəzi Qərb tərəfdaşlarının yardımında azalma ehtimalının Ukrayna üçün çətinlik yaradacağını etiraf edib.
Zelenski həmçinin ABŞ prezidenti Donald Trampla münasibətləri barədə danışmaqdan çəkinib, lakin Trampın Putinlə münasibətlərinə toxunaraq onları "dost deyil, qısamüddətli tərəfdaşlar" adlandırıb.