Əsas səhifə » İspaniya NATO-nun müdafiə xərclərinin artırılması barədə təklifini rədd edib

İspaniya NATO-nun müdafiə xərclərinin artırılması barədə təklifini rədd edib

BAKI, AzerVoice

İspaniya hökuməti NATO-nun gələn həftə elan edəcəyi və ümumi daxili məhsulun (ÜDM) 5 faizini müdafiəyə ayırmağı nəzərdə tutan təklifini “məntiqsiz” adlandıraraq rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rütteyə ünvanladığı məktubda bildirib.

Məktubda qeyd olunub ki, İspaniya gələn həftə Haaqada keçiriləcək NATO sammitində ÜDM ilə bağlı konkret müdafiə xərci hədəfini qəbul edə bilməz.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bu 5 faizlik müdafiə xərci tələbi NATO müttəfiqləri arasında dəstəklənməkdə davam edir. İsveç və Niderland bu ilin iyun ayının əvvəlində həmin hədəfə çatmaq niyyətində olduqlarını açıqlayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice