Əsas səhifə » İran hücumu nəticəsində ABŞ-ın İsraildəki səfirliyi ziyan görüb

İran hücumu nəticəsində ABŞ-ın İsraildəki səfirliyi ziyan görüb

BAKI, AzerVoice

İranın raket zərbəsi ABŞ-ın Təl-Əvivdəki səfirliyinə ziyan vurub.

AzerVoicexəbər verir ki, İran və İsrail arasında gərginliyin üçüncü günündə İranın həyata keçirdiyi raket hücumları nəticəsində Təl-Əvivdə yerləşən ABŞ səfirliyinin binası da zərər görüb.

Hücumun səhər saatlarında baş verdiyi, binaya gələn şəxslərin ciddi ziyanın şahidi olduqları bildirilir.

İranın Təl-Əviv, Bat Yam və Hayfa şəhərlərini hədəf alan genişmiqyaslı raket zərbələri nəticəsində İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə” bəzi raketləri zərərsizləşdirsə də, bir çox raketin qarşısını ala bilməyib. Hücumlar nəticəsində 10-dan çox israillinin həlak olduğu açıqlanıb.

Qeyd edək ki, son günlərdə qarşılıqlı raket zərbələri ilə davam edən münaqişə bölgədəki təhlükəsizliyi ciddi şəkildə təhdid edir və beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice