BAKI, AzerVoice
İsrailin dünya üzrə bütün səfirlikləri bağlandı – Konsulluq xidmətləri dayandırılıb.
AzerVoice xəbər verir ki, İsrailin Stokholmdakı səfirliyi açıqlama yayaraq, ölkənin bütün dünyadakı diplomatik nümayəndəliklərinin bağlandığını və konsulluq xidmətlərinin müvəqqəti olaraq dayandırıldığını bildirib.
Açıqlamada bu qərarın “son hadisələr və təhlükəsizliklə bağlı
yaranmış vəziyyət” səbəbindən verildiyi qeyd olunub.
İsrailin diplomatik missiyalarında fəaliyyətin nə zaman bərpa
ediləcəyi ilə bağlı rəsmi məlumat paylaşılmayıb.
Qeyd edək ki, qərar İsrailin bir neçə gün öncə İranda həyata
keçirdiyi genişmiqyaslı hücumlardan sonra verilib. Bugün səhər
saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran,
Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah
şəhərlərinə hava hücumları təşkil edib. Hücum nəticəsində İran
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri,
SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni
zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.