10
BAKI,AzerVoice
Fransa hökuməti, İsrailin Livan torpaqlarından "ən sürətlə çəkilməsini" tələb edib.
AzerVoice xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyənat yayıb.
Bəyanatda, İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə etdiyi hücumlar pislənib.
Fransa, tərəflərə atəşkəs sazişinə əməl etmələri çağırışı edərək, İsraildən Livan torpaqlarını ən sürətlə tərk etməsini istəyib.
Açıqlamada həmçinin, Livan torpaqlarında atəşkəs sazişi çərçivəsində qurulan nəzarət mexanizmasının məqsədinin, Livan və İsrailin təhlükəsizliyinə və sabitliyinə zərər verə biləcək hər hansı bir artımın qarşısını almaq olduğu bildirilib.