BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə telefon danışığı zamanı onu ABŞ-yə dəvət etdiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.
“Telefon danışığımız zamanı sədr Si Cinpin məni və birinci xanımı Çinə dəvət etdi, mən də ona qarşılıqlı dəvət ünvanladım” - deyə, D.Tramp paylaşımında bildirib.
O, həmçinin qeyd edib ki, hər iki ölkənin liderləri bu səfəri səbirsizliklə gözləyirlər.