Əsas səhifə » Qərb Ukraynanın terror fəaliyyətinə birbaşa dəstək verir - Zaxarova

Qərb Ukraynanın terror fəaliyyətinə birbaşa dəstək verir - Zaxarova

BAKI, AzerVoice

Qərb ölkələri Ukraynanın terror fəaliyyətinə dəstək verir.

AzerVoice xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onlar koordinatları təqdim edir, çünki belə imkanlar yalnız Qərb ölkələrində və onların şirkətlərində mövcuddur” – deyə Zaxarova bildirib.

O, Qərbin Kiyevə silah tədarük edərək terror aktlarının həyata keçirilməsinə yardım etdiyini qeyd edib.

Qeyd edək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiya Federasiyasının bir neçə bölgəsinə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində bir sıra obyektlər zərər görüb.

Sonradan məlum olub ki, Rusiya ərazilərinə edilən genişmiqyaslı hücum zamanı ABŞ-dan gətirilmiş C-4 markalı plastik partlayıcı maddələrdən istifadə edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice