Əsas səhifə » NATO Baş katibi Ukraynanı Haaqa sammitinə dəvət edib

NATO Baş katibi Ukraynanı Haaqa sammitinə dəvət edib

BAKI,AzerVoice

NATO Baş katibi Mark Rutte açıqlamasında, Ukraynanı 24-25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək alyans sammitinə dəvət etdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Rutte Brüsseldə NATO üzvü olan ölkələrin müdafiə nazirləri ilə görüşdən əvvəl jurnalistlərə bildirib

“Ukraynanı sammitə dəvət etmişəm. Yaxın günlərdə proqramı ətraflı şəkildə təqdim edəcəyik” – deyə o vurğulayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitə şəxsən dəvət olunub-olunmadığı ilə bağlı suala cavabında Rutte bildirib ki, bu barədə məlumat daha sonra açıqlanacaq.

Qeyd edək ki, Mark Rutte daha əvvəl bildirib ki, ABŞ müdafiə naziri Pit Heqset 4 iyunda keçiriləcək Ukraynaya silah təchizatına dair əlaqə qrupunun görüşündə iştirak etməyəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice