BAKI, AzerVoice
Tramp administrasiyasında İsrail tərəfdarları vəzifədən azad edilib.
AzerVoice xəbər verir ki, İsrail
mediası ABŞ Prezidenti Donald Trampın administrasiyasında yüksək
vəzifəli, İsrailyönlü üç məmurun vəzifədən azad edildiyini
yazıb.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio, İsraili n güclü
tərəfdarları kimi tanınan və İranla danışıqlarda iştirak edən
ABŞ-İsrail ikili vətəndaşlarını vəzifədən kənarlaşdırıb. İşdən
çıxarılanlar arasında ABŞ Milli Təhlükəsizlik Şurasının İran və
İsrail üzrə koordinatoru Merav Ceren, Afrika üzrə koordinator Erik
Traeger və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini
Morqan Ortaqus da var.
Xatırladaq ki, Ceren və Traeger bir vaxtlar Trampın vəzifədən uzaqlaşdırdığı keçmiş milli təhlükəsizlik müşaviri Maykl Vals tərəfindən təyin olunmuşdu. Ortaqus isə Livandakı fəaliyyətləri və İsrailin maraqlarını müdafiə edən çıxışları ilə tanınırdı.
Mənbələr bu istefaların birbaşa İsrailə qarşı addım olmadığını, Trampın xarici siyasəti daha çox öz nəzarətinə almaq istədiyini bildirirlər. Eyni zamanda, bu dəyişikliklərin Trampla Netanyahu arasında yaranan gərginliyin bir göstəricisi olduğu da qeyd olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Trampın Netanyahuya “İranla nüvə danışıqlarını poza biləcək addımlardan çəkinməsi” barədə xəbərdarlıq etdiyi bildirilir. İsrailli hərbi ekspert Amos Harel isə Trampın artıq "Netanyahunun oyunlarından yorulduğunu" və Qəzzaya humanitar yardım məsələsində İsrail hökumətinə təzyiq etdiyini vurğulayıb.