Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ İranla bağlı əməkdaşlığı dayandırır - İsrail mətbuatı

    30 May 2025 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ İsraillə İranla bağlı hərbi əməkdaşlığı dayandırır.

    AzerVoice xəbər verir ki, İsrailin Kanal 12 televiziya kanalı ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumlarla bağlı İsraillə hərbi koordinasiyanı dayandırdığını iddia edib.

    Bildirilir ki, bu qərar Tehranla davam edən nüvə danışıqlarına zərər verməmək üçün verilib.

    İddialara görə, ABŞ prezidenti Donald Tramp son günlərdə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İranın nüvə obyektlərinə birtərəfli hücum etməməsi barədə açıq xəbərdarlıq edib. Trampın Netanyahuya belə bir hücumun hazırda danışıqların həssas mərhələsində mənfi nəticələrə yol aça biləcəyini bildirib.

    Məlumata əsasən, ABŞ rəhbərliyi İranla “güclü və balanslı” bir nüvə razılaşması əldə etməyə çalışır və bu prosesə hərbi gərginliyin zərbə vurmasından ehtiyat edir. Prezident Trampın ABŞ ordusuna İsraillə bu sahədəki hərbi əməkdaşlığı dondurmaq göstərişi verdiyi də vurğulanıb.

    İsrail tərəfinin isə İranın nüvə obyektlərinə qarşı mümkün hücumda ABŞ-ın dəstəyinə, xüsusilə raketdən müdafiə sistemlərinə ehtiyac duyduğu qeyd edilib. Mümkün əməkdaşlıq boşluğu isə İsrailin birtərəfli addımlarını son dərəcə riskli vəziyyətə salır.

    Qeyd edək ki, ABŞ və İran arasında nüvə danışıqları Oman vasitəsilə davam edir. Sonuncu görüş mayın 23-də Romada baş tutub. Tramp danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğunu bildirib və yaxın vaxtlarda müsbət nəticələrin əldə olunacağını qeyd edib.

    #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #Tehran #Nüvə razılaşması #İranın nüvə irəliləyişi #ABŞ-İran münasibətləri #ABŞ və İran arasında hərbi gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    17 Fevral 2026 18:00

    İran hərbi təlimlər fonunda Hörmüz boğazının bir hissəsini müvəqqəti bağlayacaq

    17 Fevral 2026 16:51

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    SEPAH Hörmüz boğazının 24 saat nəzarətdə saxlanıldığını açıqlayıb

    17 Fevral 2026 11:14

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    16 Fevral 2026 14:14
    XƏBƏR LENTİ

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə növbəti hərraclar keçiriləcək

    Naxçıvanda aqrar sahənin inkişafı və vətəndaş müraciətləri diqqət mərkəzindədir

    Türkiyə–İran ticarətində kimyəvi məhsullar üzrə geriləmə (ÖZƏL)

    Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb

    Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır

    Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.