Əsas səhifə » İranın nüvə proqramı ilə bağlı hüquqları qorunmalıdır - Braziliya

İranın nüvə proqramı ilə bağlı hüquqları qorunmalıdır - Braziliya

BAKI, AzerVoice

Braziliya, İranın nüvə proqramı çərçivəsində uranı zənginləşdirmək hüququnu dəstəklədiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu fikriləri Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə baş müşaviri Selsu Amorim bu bəyanatı Rusiya paytaxtı Moskvada keçirilən "Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 13-cü beynəlxalq görüşü" çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian ilə keçirdiyi görüş zamanı səsləndirib.

Tərəflər birtərəfli siyasətlə mübarizə üçün müstəqil dövlətlər arasında daimi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar.

Selsu Amorim İranın dinc nüvə enerjisindən istifadə və zənginləşdirmə hüququnu Braziliyanın dəstəklədiyini bildirib.

Əli-Əkbər Əhmədian isə öz növbəsində İranın nüvə müstəqilliyinə, o cümlədən yanacaq dövriyyəsi və zənginləşdirmə imkanlarına sadiqliyini bir daha təsdiqləyib. O qeyd edib ki, Tehran dialoqa açıq olsa da, bu məsələlərdə heç bir güzəştə getməyəcək.

Əhmədian həmçinin İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyib və dünya ictimaiyyətini bu humanitar fəlakətə qarşı səssiz qalmamağa çağırıb.

Görüş zamanı Braziliya və İran nümayəndələri ikitərəfli ticarət və elmi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice