BAKI, AzerVoice
İranla nüvə razılaşması əldə etmək çətin olacaq.
AzerVoice xəbər verir ki, ABŞ dövlət
katibi Marko Rubio İranın uranı zənginləşdirmək imkanlarına
çıxışına icazə verə bilməyəcəklərini bildirib.
O, Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı İranla
aparılan danışıqların davam etdiyini və ABŞ üçün əsas prioritetin
İranın bu potensiala sahib olmamasını təmin etmək olduğunu qeyd
edib.
Rubio əlavə edib ki, ABŞ prezidenti Donald Tramp İran üçün çıxış
yolu təklif edib və bu təklif qəbul edilərsə, İran daha firavan bir
gələcəyə qovuşa bilər. Dövlət katibi həmçinin vurğulayıb ki, İrana
qarşı tətbiq edilən bütün sanksiyalar razılaşma əldə olunana qədər
qüvvədə qalacaq.
Qeyd edək ki, İran son illərdə uranı zənginləşdirmək qabiliyyətinə nail olmaqda israrlıdır və bu məsələ beynəlxalq narahatlığa səbəb olub.