Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp Çinə qarşı Yunanıstan limanlarında yeni strategiya qurur

    19 May 2025 11:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tramp administrasiyası Yunanıstan limanlarına marağını artıraraq Çinlə rəqabətdə yeni səhifə açır.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkənin xarici və iqtisadi siyasəti yenidən formalaşdırır və bu kontekstdə Yunanıstan limanları Çin təsirini azaltmaq üçün prioritet hədəfə çevrilib.

    Yunanıstan mətbuatının məlumatına görə, Tramp 2024-cü ilin dekabrında ABŞ-ın Yunanıstandakı səfiri vəzifəsinə namizədliyini irəli sürərkən Kimberli Guilfoyle-a xüsusi tapşırıq verməyi planlaşdırıb. Bu tapşırıq Çin şirkəti COSCO-nun bölgədəki, xüsusən də Pirey limanındakı təsirini zəiflətmək idi.

    Yunanıstanın “Kathimerini” qəzeti yazır ki, ABŞ Çinlə iqtisadi və geosiyasi rəqabətdə Saloniki və Dedeağaç limanlarına maraq göstərir. Salonikinin Mərkəzi Avropaya yaxınlığı onu ABŞ-ın dəstəklədiyi Hindistan-Yaxın Şərq-Avropa Dəhlizinin (IMEC) əsas tərkib hissəsinə çevirir.

    Qəzet bildirir ki, ABŞ uzun müddətdir Çinin Aralıq dənizindəki mövqeyindən narahatdır və Pirey limanında Çin dövlət şirkəti COSCO-nun pay sahibi olmasını ciddi şəkildə izləyir. Vaşinqton rəsmi Afinadan COSCO-ya təzyiq göstərməsini və Pireydən çəkilməsini tələb edir.

    Qeyd edək ki, Yunanıstan hökuməti ABŞ-ın bu tələblərinə müsbət yanaşır. Çin hərbi gəmilərinin Yunan limanlarına giriş tələbləri üç ay əvvəl rədd edilib. Bununla yanaşı, Hindistan da IMEC layihəsi çərçivəsində Dedeağaç limanına maraq göstərir. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Hindistanın baş naziri Narendra Modi arasında 2023 və 2024-cü illərdə keçirilmiş görüşlərdə bu layihə gündəmdə olub.

    Fransa isə IMEC çərçivəsində Marsel limanı ilə, İtaliya isə üç cənub limanı ilə Hindistanın diqqətini cəlb etməyə çalışır.

    #ABŞ #Donald Tramp #Yunanıstan #Çin #Hindistan #Kiriakos Mitsotakis #ABŞ-Çin rəqabəti Körfəzdə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Taekvondoçularımız Avropa birinciliyində 15 medal qanazıblar

    10 Noyabr 2025 11:51

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Çin şirkətləri ilə görüş keçirilib

    7 Noyabr 2025 16:48

    Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

    7 Noyabr 2025 15:19

    Süni İntellektlə İdarə Olunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib

    7 Noyabr 2025 13:32

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01
    Demo
    XƏBƏR LENTİ

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    Ölü dəniz – Yer üzündəki ən uniklal təbii laboratoriya: 16 maraqlı fakt

    Günəşdə güclü partlayış qeydə alınıb

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    Milli Observatoriya tərəfindən 2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olunub

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.