Əsas səhifə » Hakan Fidan Rusiyanın nümayəndə heyətini qəbul edəcək

Hakan Fidan Rusiyanın nümayəndə heyətini qəbul edəcək

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Keçelinin sözlərinə görə, görüş İstanbulda, Dolmabahçe sarayında keçiriləcək.

“15 may axşamı xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə Dolmabaxça prezident iqamətgahında görüşəcək” – deyə, keçeli bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice