Əsas səhifə » İran, razılaşma müqabilində yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

İran, razılaşma müqabilində yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

BAKI, AzerVoice

İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani ABŞ-ın NBC News kanalına verdiyi müsahibədə bildirib ki, Tehran iqtisadi sanksiyaların ləğvi qarşılığında Vaşinqtonla razılaşma əldə etməyə hazırdır.

AzerVoice xəbər verir ki, çərşənbə günü yayımlanan müsahibədə Şəmxani qeyd edib ki, İran heç vaxt nüvə silahı istehsal etməmə öhdəliyinə sadiq qalacaq.

O vurğulayıb ki, İran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə və uranı yalnız mülki məqsədlər üçün tələb olunan aşağı səviyyələrdə zənginləşdirməyə razıdır.

Şəmxani əlavə edib ki, bu proses beynəlxalq müfəttişlərin daimi nəzarəti altında həyata keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice