Əsas səhifə » Çin ilə ticarət danışıqları olduqca məhsuldar keçdi - ABŞ maliyyə naziri

Çin ilə ticarət danışıqları olduqca məhsuldar keçdi - ABŞ maliyyə naziri

BAKI, AzerVoice

ABŞ Maliyyə Naziri Skott Bessent, həftəsonu Cenevrədə Çinlə keçirilən iki mərhələli ticarət danışıqlarını səmərəli adlandırıb.

AzerVoice xəbər verir ki, bu barədə Bessentin verdiyi açıqlamada deyilir.

“ABŞ və Çin arasında çox mühüm ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyimizi bildirməkdən məmnunam” - deyə, Nazir bildirib.

“Detallar sabah açıqlanacaq, lakin deyə bilərəm ki, danışıqlar olduqca məhsuldar keçdi” - deyə, o əlavə edib.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir isə bildirib ki, Çinlə əldə olunmuş razılaşma ABŞ-ın ticarət balansındakı ciddi natarazlığı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

“Əvvəlcə niyə bu danışıqlarda iştirak etdiyimizi xatırlayaq — ABŞ-ın 1,2 trilyon dollarlıq ticarət kəsiri var. Bu səbəbdən Donald Tramp fövqəladə vəziyyət elan edərək gömrük rüsumlarını tətbiq etdi. İndi isə çinli tərəfdaşlarımızla əldə etdiyimiz razılaşma bu böhranı həll etməyə yönəlib və bu istiqamətdə əhəmiyyətli addım olacaq” - deyə, o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice