BAKI, AzerVoice
İtaliya Ukraynaya hərbi və humanitar məqsədlərlə, birbaşa və Avropa İttifaqının ortaq fondları vasitəsilə ümumilikdə 2,5 milyard avro məbləğində yardım göstərib.
AzerVoice xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunub.
“İtaliyanın Ukraynaya verdiyi dəstək – hərbi yardım və Avropa İttifaqının (Aİ) mexanizmləri vasitəsilə edilən ödənişlər daxil olmaqla təxminən 2,5 milyard avroya çatır. Bu məbləğin təxminən 1 milyard avrosu qaçqınlar üçün, 310 milyon avrosu dövlət büdcəsinin dəstəklənməsi, 93 milyon avrosu isə humanitar fəaliyyətlər üçün ayrılıb” – deyə, bəyanatda bildirilib.
Nazirlik həmçinin bəyan edib ki, İtaliyanın xarici işlər naziri
və baş nazirin müavini Antonio Tayani bazar ertəsi Londonda
keçiriləcək görüşdə Fransa, Almaniya, İspaniya, Polşa, Böyük
Britaniya və Avropa İttifaqının xarici işlər nazirləri, eləcə də
Ukraynanın xarici işlər naziri ilə bir araya gələcək.
“Görüşdə Moskva ilə Kiyev arasında atəşkəs və ədalətli sülh
razılaşmasına dair diplomatik səylərin nəticələri, Ukraynanın
bərpası üzrə prioritetlər və gələcək perspektivlər, o cümlədən
ölkənin Aİ-yə üzvlük prosesi müzakirə olunacaq” – deyə, nazirliyin
açıqlamasında qeyd olunub.