Əsas səhifə » Pakistan Qətərin regional sülh səylərinə qoşulmasını alqışlayır

Pakistan Qətərin regional sülh səylərinə qoşulmasını alqışlayır

BAKI, AzerVoice

Qətər Hindistan-Pakistan arasında gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.

AzerVoice xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif və Qətər Dövlətinin Baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdülrəhman Al Tani telefon danışığı zamanı regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Şahbaz Şərif Qətərin Pakistanla həmrəylik nümayiş etdirməsinə görə minnətdarlıq edib və Hindistanın Pakistanın altı obyektinə raket zərbələri endirməsini səbəbsiz və təxribat xarakterli müharibə aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hücum nəticəsində 26 mülki şəxs həyatını itirib, bir neçə məscid dağıdılıb və bu, bölgədə sülhə ciddi təhdid yaradıb. Baş nazir bildirib ki, Pakistan sülh tərəfdarı olsa da, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq.

Qətər tərəfi insani itkilərə görə başsağlığı verib və Pakistanın regional sülhə sadiqliyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Şahbaz Şərif Hindistanın iddialarının araşdırılması üçün beynəlxalq və neytral komissiyanın yaradılmasını təklif edib və bu təşəbbüsə Qətərin dəstəyinin vacibliyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice