Əsas səhifə » ABŞ Husilərə dəstək verən şirkətlərə qarşı sanksiyalar tətbiq edib

ABŞ Husilərə dəstək verən şirkətlərə qarşı sanksiyalar tətbiq edib

BAKI, AzerVoice

ABŞ Yəməndəki "Ənsar Allah" (Husilər) hərəkatına dəstək verən şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.

Bəyanata görə, husilərə neft məhsullarının tədarükü ilə yardım göstərdiklərinə görə üç gəmi və onların sahiblərinə qarşı sanksiyalar tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yayılan məlumata görə, sanksiyalar Mavrikidə qeydiyyatdan keçmiş "Bagsak Shipping" şirkətinə, həmçinin Livanda qeydiyyatda olan "Great Success Shipping" və "Zaas Shipping & Trading" şirkətlərinə şamil olunub. Sanksiya siyahısına həmçinin Panama və San-Marino bayrağı altında üzən tankerlər də daxil edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice