17
BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsindəki mövqeyi bir çox məqamda Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bizim mövqeyimizlə həqiqətən də üst-üstə düşən bir çox məqamlar var" - deyə, Peskov vurğulayıb.
O həmçinin bildirib ki, konkret şərtlər barədə danışmaq hələ tezdir.
"Bu iş açıq formatda aparıla bilməz, yalnız diskret (gizli) formatda həyata keçirilə bilər" – deyə, Peskov əlavə edib.