Əsas səhifə » İranın limanında güclü partlayış olub

İranın limanında güclü partlayış olub

BAKI, AzerVoice

İranın cənubundakı Fars körfəzi sahilindəki Bəndər Abbas limanında səbəbi hələlik məlum olmayan şiddətli partlayış nəticəsində 195 nəfərin yaralandığı açıqlanıb.

AzerVoice xəbər verir ki, İran dövlət televiziyasına danışan Hörmüzqan Fövqəladə Hallar Təşkilatının sözçüsü Hüseyn Qasim Bəndər Abbasın Şəhid Rəcai şəhər limanında baş verən partlayışda yaralananların sayının 195-ə yüksəldiyini açıqlayıb.

Mümkün insan tələfatı barədə məlumat verilməyib.

İranın cənubunda Fars körfəzi sahillərində yerləşən Bəndər Abbas limanında günorta saatlarında şiddətli partlayış baş verib.

Qeyd edək ki, hadisə limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verib və ilkin məlumata görə, 47 nəfər yaralanıb, lakin sonradan yaralananların sayı 80-ə çatıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, partlayışın gücündən limandakı bir bina zədələnib, ətrafdakı binaların şüşələri sındırılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice