Əsas səhifə » Pentagonun təhlükəsizliyi sual altındadır

Pentagonun təhlükəsizliyi sual altındadır

BAKI, AzerVoice

ABŞ Müdafiə Naziri Signal qalmaqalının mərkəzindədir.

AzerVoice xəbər verir ki, ABŞ Müdafiə naziri Pete Hegseth-in təhlükəsizliyə ciddi yanaşmadığı və məxfi məlumatların qorunmasını riskə atdığı ilə bağlı qalmaqallı iddialar yayılıb.

Məlumata görə, Hegseth ofisində şifrəli mesajlaşma tətbiqi olan Signal-dan istifadə edə bilmək üçün Pentaqonun rəsmi təhlükəsizlik şəbəkələrini kənara qoyaraq qeyri-rəsmi internet bağlantısı qurub. İki anonim rəsmi bildirib ki, bu bağlantı Pentaqonun təhlükəsizlik protokollarını aşmaq məqsədi daşıyıb və təhlükəli ola bilər.

Bundan əlavə, “The Atlantic” jurnalının redaktoru Ceffri Qoldberqin paylaşdığı məlumata əsasən, səhvən Hegseth-in də olduğu Signal qrupuna əlavə olunub və burada Yəməndəki hərbi əməliyyatlarla bağlı detalları görüb. Hegseth isə bu iddiaları inkar edərək medianı saxtakarlıqda günahlandırıb.

Qeyd edək ki, Pentaqonun Baş Müfəttişi Steven Stebbins artıq məsələ ilə bağlı rəsmi araşdırma başladıb. “The New York Times” qəzetinin yazdığına görə, Hegseth bu məlumatları həyat yoldaşı, qardaşı və şəxsi vəkili ilə də paylaşa bilib. “The Washington Post” isə nazirin Signal tətbiqini həm stolüstü kompüterində, həm də şəxsi mobil telefonunda istifadə etdiyini yazıb.

Pentaqon sözçüsü Sean Parnell bu ittihamları rədd edərək bildirib ki, Hegseth heç vaxt dövlət kompüterində Signal tətbiqindən istifadə etməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice