Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Efiopiyada ərzaq çatışmazlığı kritik həddə çatıb

    22 Aprel 2025 15:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Efiopiyada 10 milyondan çox insan qida çatışmazlığından əziyyət çəkir.

    AzerVoice xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Efiopiya üzrə direktoru Zlatan Milişiç, ölkədə ciddi humanitar böhranın davam etdiyini açıqlayıb.

    Onun sözlərinə görə, münaqişə, iqlim böhranı, iqtisadi qeyri-sabitlik və köçkünlük səbəbindən Efiopiyada 10 milyondan çox insan qida çatışmazlığı ilə üz-üzədir.

    Milişiç bildirib ki, bu vəziyyət öz evlərini tərk etmək məcburiyyətində qalan 3 milyon insanı da əhatə edir. Xüsusilə 4,4 milyon hamilə qadın və uşaq təcili qida müalicəsinə ehtiyac duyur.

    Hazırda ÜƏP ölkədəki 800 min qaçqına, o cümlədən 100 min sudanlıya dəstək verir. Lakin resurs çatışmazlığı səbəbindən bu həftə 650 min qadın və uşaq üçün müalicə proqramlarının dayandırıldığı açıqlanıb.

    Milişiç qeyd edib ki, əgər iyun ayına qədər maliyyə təmin olunmasa, 800 min qaçqın üçün ərzaq və pul yardımı da dayandırılacaq. 2025-ci ilə qədər 7,2 milyon insana yardım göstərmək üçün isə ÜƏP-nin sentyabr ayına qədər 222 milyon dollara ehtiyacı var.

    Qeyd edək ki, Efiopiyada artan ehtiyaclar fonunda ÜƏP-in cavab tədbirləri ciddi şəkildə maliyyələşdirilmir və bu, milyonlarla insanın həyatı üçün risk yaradır. BMT beynəlxalq donorları təcili dəstəyə çağırır.

    #humanitar böhran #Efiopiya #Efiopiyada humanitar böhran #qida çatışmazlığı #Maliyyə çatışmazlığı #BMT ərzaq yardımı #qaçqınlara yardım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib

    16 Dekabr 2025 10:10

    Sudanda 21,2 milyon insan aclıqla qarşı-qarşıyadır - BMT

    27 Noyabr 2025 16:20

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Efiopiyada işgüzar səfərdə olub

    19 Noyabr 2025 14:02

    Marburq virusu Efiopiyada epidemiya səviyyəsinə çatıb

    17 Noyabr 2025 16:15

    Türkiyə, Misir vasitəsilə Qəzzaya humanitar yardım göndərib

    31 Oktyabr 2025 13:01

    Türkiyə, İordaniya və Misir Qəzzaya yardım və atəşkəs addımlarını müzakirə edib

    24 Oktyabr 2025 16:53

    Qəzzada Beynəlxalq Sabitlik Gücünün yaradılması planlaşdırılır - Türkiyə MN

    23 Oktyabr 2025 13:09

    Atəşkəsdən bəri Qəzza zolağına cəmi 986 humanitar yardım maşını daxil olub

    21 Oktyabr 2025 12:58

    Qətər Maliyyə naziri Efiopiya, Özbəkistan və Liviya nazirləri ilə görüşüb

    18 Oktyabr 2025 18:26

    Dünya üzrə 673 milyon insan aclıqla üz-üzədir

    15 Oktyabr 2025 12:42

    Atəşkəsdən sonra Qəzzaya insani yardım yük maşınlarının gəlişi davam edir

    13 Oktyabr 2025 13:49
    Demo
    XƏBƏR LENTİ

    Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

    Kocaelidə 18 İŞİD üzvü həbs edilib

    Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

    İraq Səddam Hüseyndən sonra: diktaturadan “Frankenşteyn dövlətinə” doğru

    Almaniyada bank seyflərindən 105 milyon dollara yaxın vəsait oğurlanıb

    Cem Yılmaz: Modern Molla Nəsrəddin fenomeni

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    Netanyahunun etdikləri cavabsız qalmayacaq - Ərdoğan

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqaya başsağlığı veriblər

    Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.