Bakı. VOA:
Hollandiyadakı Azadlıq Partiyasının (PVV) anti-İslamçı və ifrat sağçı lideri Geert Wilders-in seçkilərdən bu yana yeddi aylıq hökumət qurma prosesində atdığı addımlar uğursuz olub, həmçinin son olaraq İsrail əsilli Millət vəkilini nazir olaraq təyin etmək cəhdi də uğursuz olub.
VOA xəbər verir ki, 2023-cü ilin noyabrında keçirilən seçkilərdə partiyası birinci olan Wilders, son yeddi ayda koalisiya hökumətinin qurulması zamanı daha çox geri çəkilmələrlə nəticələnən hərəkətləri ilə hakimiyyətə gəlməzdən əvvəl zəifləmə dövrünə qədəm qoyub.
Hökuməti qurmaq üçün təyin etdiyi keçmiş daxili işlər nazirlərindən Ronald Plasterkin istefası, "İslami ifadələrə qadağa" qanun layihəsinin geri çəkilməsi və partiyasından nazir təyin etmək istədiyi İsrail əsilli deputat Gidi Markuszowerin təhlükəsizlik təhqiqatından keçə bilməmsi Wilders-in uzun illər ərzində əldə etdiyi siyasi qazancları puça çıxarır. Bununla yanaşı onun 6-9 iyunda keçirilən Avropa Parlamenti (AP) seçkilərindən sonra Avropada digər ifrat sağ partiyalarla ittifaq axtarışı da hələ ki cavab tapmayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Hollandiya seçkilərində böyük fərqlə birinci olan və anti-islamçı və İsraillə dostluq üzərində qurulan siyasi karyerasında çox mühüm mərhələyə çatan Wilders son yeddi ayda yaratdığı böhranlarla dəstəyini itirməyə başlayıb və iyunun altısında Hollandiyada keçirilən AP seçkilərində ikinci yerə düşüb.
