Bakı. AzerVoice:
Kolumbiyanın xarici işlər naziri Murillo İsrailin Qəzzaya hücumlarının qəbuledilməz olduğunu bildirib və beynəlxalq səviyyədə birliyə çağırıb.
AzerVoice xəbər verir ki, nazir bu fikirləri İordaniyada təşkil olunan Qəzzaya Təcili Humanitar Müdaxilə Konfransında çıxışı zamanı vurğulayıb.
Qəzzada "ürək parçalayan" hadisələrin yaşandığını bildirən Murillo, "Fələstin xalqı bu gün soyqırımla üz-üzədir, bunu açıq şəkildə ifadə etməliyik" - deyə bildirib.
Qeyd edək ki, Kolumbiya mayın üçündən Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmən kəsib.