Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Netanyahu beynəlxalq məhkəmənin qərarından yayınmağa çalışır

    8 Aprel 2025 14:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Netanyahunun həbs qorxusu , ABŞ-a olan uçuş marşrutunu dəyişdirib.

    AzerVoice xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq hava məkanında mümkün saxlanılma ehtimalına görə ABŞ-a gedərkən uçuş marşrutunu dəyişməyə məcbur qalıb.

    Macarıstanda səfərdə olan Netanyahu Vaşinqtona qayıdarkən bəzi Avropa ölkələrinin BCM-nin qərarını icra edəcəyindən narahat olub və buna görə də alternativ marşrutu seçib. Netanyahu Qəzza zolağında törədilən hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıdığı üçün bir neçə Avropa ölkəsinin hava məkanından istifadə etməkdən çəkinib.

    İddialara görə, Netanyahu Budapeştdən ABŞ-a qayıdarkən təyyarənin marşrutu İrlandiya, İslandiya və Hollandiya hava məkanından yan keçərək Xorvatiya, İtaliya və Fransa üzərindən Vaşinqtona yönləndirilib. Beləliklə, ümumi uçuş marşrutu 400 kilometr daha uzadılıb.

    İsrail Qəzzaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra Netanyahunun bütün xarici səfərləri yalnız Yunanıstan, İtaliya və Fransa üzərindən həyata keçirilir. Bunun əsas səbəbi, bir sıra ölkələrin BCM-nin qərarına sadiq qalaraq onun həbsinə dair əmri yerinə yetirəcəyi ehtimalıdır.

    Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında baş verən hadisələrlə bağlı Netanyahunun məsuliyyət daşıdığını və insanlıq əleyhinə cinayətlərə görə beynəlxalq hüquqa cavabdeh tutulduğunu bəyan edib. Bu isə onun beynəlxalq səfərlərini ciddi şəkildə məhdudlaşdırır.

    #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #ABŞ #Beynəlxalq Cinayət Məhkəməsi #Netanyahu və Donald Tramp görüşü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47
    XƏBƏR LENTİ

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.